AZ

ATU əczaçılıq sahəsində əlaqələrini genişləndirir

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Erzincan Universitetinin Tibb fakültəsinin nümayəndə heyəti ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, Erzincan Universitetinin Tibb fakültəsinin Farmakologiya şöbəsinin əməkdaşları ilə keçirilən görüşdə rektor G. Gəraybəyli universitetij fəaliyyəti, tətbiq edilən yeniliklər, tədris planları haqqında danışıb. İki universitet arasında əczaçılıq üzrə əməkdaşlıq perspektivləri, əlaqələrin gücləndirilməsinin əhəmiyyəti haqqında fikirlərini bölüşüb.

Prof dr. Suleyman Halis ATU-da farmakologiya ixtisası üzrə aparılan elmi işlərin istiqaməti, burada tədqiqatçıların keyfiyyətli araşdırmaları üçün yaradılan şəraitlə tanış olduğunu bildirib. Peofessor S.Halis ATU-dakı mövcud infrastrukturun dünya miqyaslı tədqiqatlar aparılmasına imkan verdiyini qeyd edib. O, iki  universitetlərin müvafiq şöbələri arasında birgə  elmi məqalələr və layihələrin icrası istiqamətində fəaliyyətə başlanılacağını bildirib.

Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru, prof. Rauf Bəylərov, Tədris Departamentinin müdiri, dos. Kanandar Qaqubov, Əczaçılıq fakültəsinin dekanı, dos. Fərəh Mədətli, Erzincan Universitetinin Farmakologiya şöbəsinin Prof. Dr. Durdu Altuner, Doç. Dr. Bahadir Süleyman, Doç. Dr. Renad Mammadov iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
tehsil.biz

2Mənbələr