EN

Avropa çempionatında daha 5 medal - FOTO

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində usta cüdoçular arasında Avropa çempionatında cüdoçularımız daha 2 qızıl və 3 bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə M3 və M4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.

M3 yaş kateqoriyası üzrə 66 kq çəkidə Vüqar Babayev qızıl medal əldə edib. Mənsur Abbasov (60 kq), Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medal qazanıblar.

M4 yaş kateqoriyası üzrə 100 kq çəkidə Emil Hüseynov qızıl, 73 kq çəkidə Əli Əlibəyli isə bürünc mükafat qazanıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
1
idman.biz

10Sources