Moskvada qarşıdan gələn Sülh Sammiti ilə bağlı isterik ab-hava hökm sürür.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
O fikrini onunla əsaslandırıb ki, rəsmi Moskvanın Ukraynanı dəstəkləyən Avropa və ABŞ ilə Rusiyanı dəstəkləyən dünyanın qalan hissəsinə bölmək mifi təhlükə altındadır: "Biz Sülh Sammitinə görə Moskvada hökm sürən isterik ab-havadan razıyıq. Biz bunu onların hərəkətlərində və Sammitin baş tutmasına mane olmaq cəhdlərində görürük”, - XİN rəhbəri bildirib.
O, əmindir ki, Ukrayna müttəfiqləri ilə birlikdə Rusiyaya qalib gələcək.
Qeyd edək ki, Qlobal Sülh Sammiti iyunun 15-16-da İsveçrədə keçiriləcək. İndiyədək 100-dən çox ölkə və beynəlxalq təşkilat sammitdə iştirakını təsdiqləyib.
Məhəeeəm Ağalaroğlu, “İki sahil”