Bakı. Trend:
Abşeron rayonun Masazır qəsəbəsində evdən 26.600 manat dəyərindəqızıl-zinət əşyaları oğurlanıb.
Bu barədə Trend-ə Daxiliİşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə Masazır qəsəbəsi ərazisində müxtəlifvaxtlarda iki evdən ümumilikdə 2400 manat pul, 26.600 manatdəyərində qızıl-zinət əşyaları, 3 ədəd mobil telefon və planşetoğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərləəlaqəli cinayətlərə görə məhkum olunmuş Rəsul Məmmədov müəyyənolunaraq saxlanılıb.
Araşdırma aparılır.