"Yuventus"un hücumçusu Federiko Kyeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az "Tuttojuve"yə istinadən məlumat verir ki, italyan forvardın xidmətində "Arsenal", "Çelsi" və "Nyukasl" kimi klublar maraqlıdır.
Bildirilir ki, “Yuventus” oyunçunu A Seriyasında başqa komandaya satmaqdansa, xaricə satmağa üstünlük verir. 26 yaşlı Federikonun müqaviləsi bir ildən sonra başa çatır və onun gələcəyi ilə bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Son İtaliya çempionatında Kyeza doqquz qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt hücumçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.