Azərbaycanda icra başçısının görüntüləri böyük marağa səbəb olub.
Anons.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonda təmir-tikinti işləri görən usta və fəhlələrə kömək edib.
O təmir zamanı istifadə olunan daşların daşınmasında şəxsən iştirak edib. İcra başçısının bu addımı vətəndaşlar tərəfindən lentə alınıb və çox təqdir olunub.
Qeyd edək ki, Firdovsi Şahmirzə oğlu Əliyev 2023-cü ildə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İcra başçısının həmin görüntülərini təqdim edirik:
Посмотреть эту публикацию в Instagram
Публикация от Manset.az (@manset.az)