EN

Baydendən nüvə silahları ilə bağlı SƏRƏNCAM

ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların nüvə silahından istifadə şərtləri ilə bağlı yeni sərəncam imzalayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının silahlara nəzarət, tərksilah və onların yayılmaması üzrə baş direktoru Pranay Vaddi bildirib.

Onun sözlərinə görə, Bayden bu yaxınlarda yeni nüvə erasının reallıqlarını nəzərə alan nüvə silahından istifadə şərtləri ilə bağlı yenilənmiş təlimatı imzalayıb:

"Orada Çinin nüvə arsenalının böyüməsi və müxtəlifliyi ilə bağlı problemlərin həllinin, eləcə də Rusiya, Çin və Şimali Koreyanı eyni vaxtda çəkindirməyin vacibliyi vurğulanır".

Chosen
120
10
oxu24.com

10Sources