EN

ATU-nun Nevrologiya kafedrasının əməkdaşları uşaqlar üçün xeyriyyə aksiyası keçirib 

Azərbaycan  Tibb  Universitetinin (ATU) Nevrologiya kafedrasının əməkdaşları Uşaq Nevroloqları Assosiasiyası ilə birlikdə xeyriyyə aksiyası keçirilib.

 

Universitetdən Aztibb.az-a verilən məlumata görə, aksiya ATU-nun Tədris Terapevtik Klinikada (TTK) baş tutub. Aksiya çərçivəsində 50 uşaq müayinədən keçib. Xeyriyyə aksiyası çərçivəsində çoxsaylı aztəminatlı ailələrdən olan uşaqlara, eyni zamanda Mərdəkanda yerləşən 2 saylı uşaq  evi və  7 saylı Uşaq Nevroloji Sanatoriyasından olan uşaqlara həkim baxışı aparılıb.

 

ATU-nun Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli belə aksiyaların tez-tez  keçirilməsi tərəfində olduqlaırnı bildirdi: “Bu tip aksiyalara universitet rəhbərliyimiz də, klinikamız da daim dəstəkdir. Onu da qeyd edim ki, uşaqlarımız üçün nəzərdə tutulan növbəti aksiyamızı, pediatr və psixiatrlarla  birlikdə keçirməyi planlayırıq”.

Chosen
150
aztibb.az

1Sources