EN

HƏMAS-ın daha bir önəmli fiquru zərərsizləşdirildi

İsrail Ordusu Qəzza zolağının cənubundakı Rafah bölgəsindəki Fələstinin radikal HƏMAS hərəkatının Ümumi Təhlükəsizlik Aparatının rəhbərini raket zərbəsi ilə zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Gecə qırıcılar zərbə endirərək Rafah bölgəsində HƏMAS-ın Təhlükəsizlik Aparatının rəhbəri terrorçu Məhəmməd Əbu Adcacı zərərsizləşdirdilər. Bu qüvvələr HƏMAS-ın hərbi qanadı üçün "qabıq" rolunu oynayır və Qəzza zolağında təşkilatın sağ qalmasını, hərbi fəaliyyətini təmin edir. Adcac öz rolu çərçivəsində Rəfah rayonunda terror təşkilatını gücləndirmək üçün fəaliyyət göstərib", - bəyanatda deyilir


Müəllif: Teleqraf.com
Chosen
135
5
teleqraf.com

6Sources