AZ

Ümumi təhlükəsizlik qüvvələrinin başçısı zərərsizləşdirildi

Ümumi

İsrail Ordusu Qəzza zolağının cənubundakı Rafah bölgəsindəki Fələstinin radikal HƏMAS hərəkatının Ümumi Təhlükəsizlik Aparatının rəhbərini havadan zərbə ilə zərərsizləşdirib.Ulusum.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb."Gecə qırıcılar zərbə endirərək Rafah bölgəsində HƏMAS-ın Ümumi Təhlükəsizlik Aparatının rəhbəri terrorçu Məhəmməd Əbu Adcacı zərərsizləşdirdilər. Ümumi təhlükəsizlik qüvvələri HƏMAS-ın hərbi qanadı üçün "qabıq" rolunu oynayır və Qəzza zolağında təşkilatın sağ qalmasını, hərbi fəaliyyətini təmin etməkdə mərkəzi rol oynayır. Adcac öz rolu çərçivəsində Rəfah rayonunda terror təşkilatını gücləndirmək üçün fəaliyyət göstərib", - bəyanatda deyilir.

Diqqət Çəkənlər

Salyan 1 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirildi - FOTOLAR

Şirvan sakinindən külli miqdarda narkotik götürüldü - FOTO

Sabahdan hava dəyişir - Güclü külək əsəcək, dolu düşəcək

Seçilən
76
5
ulusum.az

6Mənbələr