EN

Digər ölkələrİsrail ordusu HƏMAS-ın ümumi təhlükəsizlik qüvvələrinin başçısını zərərsizləşdirib

İsrail Ordusu Qəzza zolağının cənubundakı Rafah bölgəsindəki Fələstinin radikal HƏMAS hərəkatının Ümumi Təhlükəsizlik Aparatının rəhbərini havadan zərbə ilə zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Gecə qırıcılar zərbə endirərək Rafah bölgəsində HƏMAS-ın Ümumi Təhlükəsizlik Aparatının rəhbəri terrorçu Məhəmməd Əbu Adcacı zərərsizləşdirdilər. Ümumi təhlükəsizlik qüvvələri HƏMAS-ın hərbi qanadı üçün "qabıq" rolunu oynayır və Qəzza zolağında təşkilatın sağ qalmasını, hərbi fəaliyyətini təmin etməkdə mərkəzi rol oynayır. Adcac öz rolu çərçivəsində Rəfah rayonunda terror təşkilatını gücləndirmək üçün fəaliyyət göstərib", - bəyanatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
107
5
far.az

6Sources