EN

Digər ölkələrSudanda toqquşmalarda 288 dinc sakin həlak olub

Mayın 10-da döyüşlərin qızışmasından bəri Sudanın qərbindəki El-Faşer şəhərində 288 dinc sakin həlak olub.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bunu Şimali Darfur əyalətinin Səhiyyə Nazirliyinin baş direktoru İbrahim Abdulla Xatir deyib.

"Mayın 10-dan indiyədək qeydə alınan ölüm hallarının sayı 288-ə çatıb", - İ.A.Xatir bildirib. O əlavə edib ki, həmin dövrdə zərərçəkənlərin sayı 1 300 nəfərə çatıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.

Mayın 10-dan Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə şiddətli toqquşmalar başlayıb.

Bu, 15 aprel 2023-cü ildən Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında ölkə daxilində genişmiqyaslı qarşıdurmanın son eskalasiyasıdır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, toqquşmalar ölkə daxilində 15 550 nəfərin həyatına son qoyub, 8,8 milyondan çox insan didərgin düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
6
far.az

7Sources