AZ

Sudanda toqquşmalarda 288 dinc sakin həlak olub

Mayın 10-da döyüşlərin qızışmasından bəri Sudanın qərbindəki El-Faşer şəhərində 288 dinc sakin həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Şimali Darfur əyalətinin Səhiyyə Nazirliyinin baş direktoru İbrahim Abdulla Xatir deyib.

"Mayın 10-dan indiyədək qeydə alınan ölüm hallarının sayı 288-ə çatıb", - İ.A.Xatir bildirib. O əlavə edib ki, həmin dövrdə zərərçəkənlərin sayı 1 300 nəfərə çatıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.

Mayın 10-dan Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə şiddətli toqquşmalar başlayıb.

Bu, 15 aprel 2023-cü ildən Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında ölkə daxilində genişmiqyaslı qarşıdurmanın son eskalasiyasıdır.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, toqquşmalar ölkə daxilində 15 550 nəfərin həyatına son qoyub, 8,8 milyondan çox insan didərgin düşüb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
6
milli.az

7Mənbələr