Yuliya Timoşenko Rusiyada axtarışa verilib
APA xəbər verir ki, Rusiyanın hüquq-mühafizə orqanları Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa veriblər.
Rusiya Daxili İşlər Nazirliyinin yayadığı məlumatda Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun axtarışa verildiyi bildirilir.
Qeyd edək ki, bu Kremlin Timoşenkonu tapmaq üçün ikinci cəhdidir. Ukraynalı siyasətçinin axtarışa verilməsinin səbəbləri isə hələ ki, açıqlanmır.