EN

"Kızılcık şerbeti" ilə belə vida etdilər

Türkiyənin məhşur "Kızılcık şerbeti" serialı ilə 4 aktyor vidalaşıb.

Teleqraf.com yerli KİV-lərə istinadla xəbər verir ki, Türkiyədə "Show TV" efirində yayımlanan serialın aktyorları - Serkan Yılmaz, Yiğit Kirazcı, Müjdə Uzman və Selin Türkmən serialdan ayrılıb.

Serialdan ayrılan 4 aktyordan üçü vida mesajı yayıb. Serialda Umut adlı obrazı canlandıran Serkan Yılmaz komanda ilə birlikdə möhtəşəm iş ortaya qoyduqlarını deyib. Rüzgar rolunu oyanayan Yiğit Kirazcı isə bu yay Letterbox proqramının yerli versiyasını təqdim edəcəyini açıqlayıb. Selin Türkmen isə yarımçıq qoyduğu Hüquq Fakültəsinə davam edəcəyini izləyicilərinə bildirib.


Müəllif: Arzu
Chosen
157
teleqraf.com

1Sources