İrandan Ermənistana şiddətli may selindən zərər çəkən vətəndaşlar üçün nəzərdə tutulan humanitar yardım gətirilib.
Bu barədə yerli KİV yazıb.
Xəbər verilir ki, iyunun 7-də İran Qızıl Aypara Cəmiyyətinin və Ermənistan Qızıl Xaç Cəmiyyətinin əməkdaşları yardımları Lori bölgəsinin şimal-şərq hissəsindəki Alaverdi şəhərinə aparacaqlar. Humanitar yardım konservləşdirilmiş qidalar, yataq dəstləri, qab-qacaq, sanitariya məmulatları və digər əşyalar daxildir.
//Samir Qurbanov, Editor.az