EN

"HƏMAS Baydenin atəşkəslə bağlı təklifi üzərində işləməkdə davam edir" - Qətər XİN

"Qətər Misir və ABŞ-la birgə Fələstin eksklavına hücumların dayandırılması üçün siyasi səylərini davam etdirir..."
 
"Vasitəçilər hələlik HƏMAS-dan atəşkəslə bağlı son təklifə cavab almayıb..."
 
Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Co Baydenin Qəzza bölgəsində atəşkəs və İsrail ilə əsirlər mübadiləsi ilə bağlı son təklifi üzərində işləməkdə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Qətər XİN nümayəndəsi Məcid əl-Ənsari Qətərin QNA informasiya agentliyinə bəyan edib. Məlumatı "Anadolu Ajansı" agentliyi yayıb.
 
"Vasitəçilər HƏMAS-dan atəşkəs və İsrail ilə əsirlər mübadiləsilə bağlı son təklifə hələlik cavab almayıb", - o, deyib və əlavə edib ki, Fələstin hərəkatında hələ də təklifin məzmunu təhlil edilir.
 
Əl-Ənsari vurğulayıb ki, Qətər Misir və ABŞ-la birgə Fələstin eksklavına hücumların dayandırılması üçün siyasi səylərini davam etdirir.
 
"Danışıqlarda cari vəziyyətin incəliyini nəzərə alaraq KİV-lərdəki saxta xəbərlərə diqqət yetirməmək və mediada həqiqətə uyğun olmayab məlumatları görməzdən gəlmək, yalnız rəsmi mənbələrdəki məlumatlara əsaslanmaq vacibdir", - o, əlavə edib.
 
Baydenin atəşləs haqqında təklifi
 
ABŞ prezidenti Co Bayden mayın 31-də Qəzza bölgəsində üç mərhələdən ibarət atəşkəslə bağlı yeni təklif irəli sürüb. 
 
Birinci mərhələdə altı aylıq atəşkəs, İsrail qoşunlarının Qəzzanın bütün yaşayış rayonlarından çıxarılması və əsirlərin bir hissəsinin azad edilməsi nəzərdə tutulur.
 
İkinci mərhələdə HƏMAS və İsrail hakimiyyəti daimi atəşkəslə bağlı danışıqlara başlamalıdır. Sağ qalan girovların, o cümlədən hərbi qulluqçuların mübadiləsi həyata keçiriləcək.
 
Əgər tərəflər bütün bəndlər üzrə razılığa gələrsə və döyüş əməliyyatları tamamilə dayandırılarsa, üçüncü mərhələdə Qəzzanın bərpa edilməsi və həlak olan əsirlərin qalıqlarının onların ailələrinə təhvil verilməsi məsələsi müzakirə ediləcək.
 
İsrail baş naziri Binyamin Netahyahu bəyan edib ki, Təl-Əvivin təklif etdiyi və Ağ Ev rəhbərinin səsləndirdikləri arasında "uçurum" mövcuddur.
 
HƏMAS bəyan edib ki, ABŞ prezidenti Co Baydenin səsləndirdiyi Təl-Əvivin "daimi atəşkəs, işğalçı qüvvələrin Qəzza bölgəsindən çıxarılması və əsirlər mübadiləsi" ilə bağlı təkliflərinə nikbin yanaşır.
 
HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bəyan edib ki, hərəkat İsrail ordusunun Qəzza bölgəsindən tamamilə çıxarılması və əsirlər mübadiləsinə əsaslanan istənilən sazişə nikbin və ciddi yanaşacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
70
50
moderator.az

10Sources