Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, yığma Macarıstanda Albaniya seçməsi ilə üz-üzə gələcək.
“Haladas SportKomplexum”dakı qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Görüşü macar Mihali Kaprali idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də eyni məkanda Qazaxıstan ilə qarşılaşacaq.
Beynəlxalq yoldaşlıq görüşü
7 iyun
Albaniya - Azərbaycan 1:0 (fasilə)
Qol: Bayrami, 12
Hakim: Mihali Kaprali (Macarıstan).
Sombatxey. “Haladas SportKomplexum”
Albaniya: Tomas Strakoşa, Elseid Hüsay, Arlind Ayeti, Berat Cimsiti, Mario Mitay, Kristyan Aslani, Yulber Ramadani, Nedim Bayrami, Yasir Asani, Armando Broya, Taulyant Seferi
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Rahil Məmmədov, Aleksey İsayev, Coşqun Diniyev, Emin Mahmudov, Ramil Şeydayev, Mahir Emreli, Toral Bayramov.