BMT İsraili \"münaqişə zonalarında uşaqlara zərər verən\" ölkələrin qara siyahısına əlavə edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə bağlı İsrailin Vaşinqtondakı hərbi attaşesi Hedi Silbermanı məlumatlandırıb.
Quterreş Silbermana Rusiya və terror təşkilatları DEAŞ, Əl-Qaidə və Boko Haram, eləcə də İsraili \"münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatlar” qara siyahısına daxil etmək qərarına gəldiyini bildirib.
Siyahıda İsrail Dövlətinin adının açıq-aydın qeyd olunmayacağı, lakin vəziyyətə görə məsul şəxsin \"İsrail ordusu” olaraq təyin olunacağı təxmin edilir.
Xatırladaq ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 15 min 328-i uşaq, 10 min 171-i qadın olmaqla 36 min 586 fələstinli həlak olub, 83 min 74 nəfər isə yaralanıb.
BMT-nin hesabatlarına görə, Qəzzada hər 10 dəqiqədən bir uşaq ya ölür, ya da yaralanır.
Qəzza hökumətinin Media Ofisi burada 3500 uşağın aclıq səbəbilə ölümlə üz-üzə qaldığını açıqlayıb.
Mikayıl