EN

Bakıda yaşayış binasının lifti DAYANDI: 3 nəfər... – VİDEO  

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. 

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onyeddimərtəbəli çoxmənzilli yaşayış binasının lifti onikinci mərtəbədə dayanıb və vətəndaşlar liftdə köməksiz vəziyyətdə qalıb. 
Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan 1-i azyaşlı olmaqla 3 nəfər sakini xilas ediblər. 
 


Bizim.Media

Chosen
131
12
bizim.media

10Sources