EN

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Qaradağda qeyd olunub (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Qaradağ rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.

Hafta.az-ın yazdığına görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, şəhid ailələrinin və qazilərin övladları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, dövlətimiz müxtəlif beynəlxalq konvensiyalara qoşulub. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illər prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.

Daha sonra tədbir bayram konsert ilə davam etdirilib. Cizgi filmi ersonajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin şagirdlərinin, Ə.Əmirov adına Mədəniyyət Sarayının əməkdaşlarının çıxışları bayram ovqatını daha da artırıb.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanıb.

Chosen
104
3
hafta.az

4Sources