AZ

Qaradağda uşaqlara həsr olunan tədbir - Fotolar

Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Qaradağ” şadlıq sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov, şəhid ailələrinin və qazilərin uşaqları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Qeyd edib ki, ulu öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb.

Bu siyasətin davamı olaraq son illərdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.

Daha sonra tədbir bayram konsert ilə davam etdirilib. Cizgi filmi personajlarının, klounların şən zarafatları, rayonda fəaliyyət göstərən C.Qaryağdıoğlu adına 9 nömrəli musiqi məktəbinin şagirdlərinin, Ə.Əmirov adına Mədəniyyət Sarayının əməkdaşlarının çıxışları bayram ovqatını daha da artırdı. Rəqslərə qoşulan, məharətlərini göstərən uşaqların sevinci hədsiz idi.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri təqdim olunub.









Seçilən
124
40
qafqazinfo.az

10Mənbələr