EN

“Standart and Poors” Fransanın kredit reytinqini aşağı salıb

Müəllif:Ayşən İmanova/Banco.az

Beynəlxalq “Standard & Poor’s” (S&P) agentliyi 2023-cü ildə büdcə kəsiri və mənfi iqtisadi proqnozlar fonunda Fransanın kredit reytinqini “AA”dan “AA-“yə endirib.

Banco.az xəbər verir ki, bu barədə “BFMTV” kanalı məlumat yayıb.

Qeyd olunub ki, reytinq agentliyi 2023-cü ildə büdcə kəsirinin gözləniləndən çox olduğunu nəzərə alıb. Bundan əlavə, “S&P” Fransanın büdcə kəsirinin 2027-ci ilə qədər ÜDM-in 3%-nə qayıdacağını gözləmir.

“France info” radiosunun məlumatına görə, büdcə kəsirinin 2023-cü ildə ÜDM-in gözlənilən 4,9%-dən faktiki 5,5%-ə yüksəlməsinə Çin iqtisadiyyatının yavaşlaması və Ukraynadakı münaqişə kimi xarici amillər səbəb olub.
İqtisadçıların fikrincə isə 2024-cü ildə büdcə kəsiri də proqnoz intervalında (təxminən 4,4%) qala bilməz. Bu rəqəm ilin sonunda ÜDM-in 5,1%-5,2%-i ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
6
banco.az

10Sources