İsrail ordusu Livanın cənubunda Hizbullahın hədəflərinə hücum edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu (ÇAXAL) məlumat yayıb.
“Bazar günü İsrail qırıcıları Livanın cənubundakı Nakura, Marun əl-Ras və Xiam bölgələrində Hizbullahın atış meydançasına və hərbi hədəflərə zərbələr endirib”, - məlumatda deyilir.