Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı Tayçunq şəhərindən 12 km şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.