EN

ABŞ-dan Avropaya şərt: Çinlə biznes əlaqələrini dayandır!

ABŞ Avropa Birliyi (AB) ölkələrinin şirkətlərinin Çinlə biznes əlaqələrini kəsməyi tələb edir.

Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə nazirinin birinci müavini Uolli Adeyemo deyib.

“Sözlərimizin əhəmiyyəti var. İşlər isə daha böyük anlam kəsb edir. AB bütövlükdə Çinin ən böyük ixrac bazarıdır və Çin kimya və mühəndislik kimi əsas sektorlarda AB-yə ən böyük ixracatçı olaraq qalır. Biz başa düşürük ki, AB-nin Çinlə iqtisadi əlaqələri hər iki tərəf üçün vacibdir, lakin biz Çinin bir seçim qarşısında olduğunu açıq şəkildə bildirməliyik: Çin firmaları ya bizim iqtisadiyyatımızda iş görə bilər, ya da ikili məqsədli məhsullarla Rusiya hərbi maşını təmin edə bilər”, - deyə, Adeyemo bildirib

Chosen
107
6
axar.az

5Sources