Bu ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 48 milyard 371 milyon dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni ayı ilə müqayisədə 0,1 faiz artaraq 19 milyard 254 milyon dollar, idxalı isə 4 faiz artaraq 29 milyard 117 milyon dollar olub.
“Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 195 milyard 920 milyon dollara çatıb” –deyə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd olunub ki, 2024-cü ilin yanvar-aprel ayında Türkiyənin ixracatı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artaraq 82 milyard 839 milyon dollara, idxalı isə 9 faiz azalaraq 113 milyard 81 milyon dollara çatıb.
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 617 milyard 551 milyon dollara çatıb.
2023-cü ildə Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz artaraq 255 milyard 777 milyon, idxalı isə 0,5 faiz azalaraq 361 milyard 774 milyon dollar olub.
Fuad Mədətov
Fins.az