Son iki ayda kənd toyuğunun qiyməti artıb.
Â
Xezerxeber.az-ın məlumatına görə, bahalaşma həm diri, həm də kəsilmiş kənd toyuqlarında müşahidə olunur. Satıcılar deyirlər ki, çəkisinə görə toyuqlar arasında üç manata qədər fərq edir.
Â
Qiymət artımı bölgələrdə də özünü göstərir.
Â
Tovuz və Mingəçevir bazarında da ötən aylarla müqayisədə qiymət fərqi bir manat 50 qəpiklə, üç manat arasında dəyişir.
Â
Satıcıların sözlərinə görə, qiymətin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır. Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalır ki, bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir.
Â
Satıcılar bildirib ki, bazarda kənd toyuğu ilə yanaşı, broyler toyuğu da alıcılara təklif olunur. Lakin broyler toyuqlarının qiyməti nisbətən aşağıdır.
Â