AZ

Azərbaycanda bu məhsulun qiyməti QALXDI - VİDEO

Son iki ayda kənd toyuğunun qiyməti artıb.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bahalaşma həm diri, həm də kəsilmiş kənd toyuqlarında müşahidə olunur. Satıcılar deyirlər ki, çəkisinə görə toyuqlar arasında üç manata qədər fərq edir.

Qiymət artımı bölgələrdə də özünü göstərir.

Tovuz və Mingəçevir bazarında da ötən aylarla müqayisədə qiymət fərqi bir manat 50 qəpiklə, üç manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, qiymətin artmasına səbəb yem məhsullarının bahalaşmasıdır. Yem məhsullarının qiyməti artdığından təsərrüfat xərcləri də çoxalır ki, bu da birbaşa diri və kəsilmiş kənd toyuğu məhsullarının qiymətinə təsir edir.

Satıcılar bildirib ki, bazarda kənd toyuğu ilə yanaşı, broyler toyuğu da alıcılara təklif olunur. Lakin broyler toyuqlarının qiyməti nisbətən aşağıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
20
musavat.com

10Mənbələr