EN

La Liqa: “Real” son oyunda 1 xalla kifayətləndi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Çempionluğu bir neçə tur öncə təmin etmiş “Real” son turda “Betis”lə qarşılaşıb və qolsuz heç-heçə ilə kifayətlənib.

“Osasuna” – “Vilyarreal” matçında da qalib müəyyənləşməyib. “Real Sosyedad” evdə “Atletiko”ya, “Rayo Valyekano” “Atletik”ə uduzub. “Almeriya” isə son turda “Kadis”ə böyük hesabla qalib gəlib.

Bu nəticədən sonra “Real” mövsümü 95 xalla zirvədə başa vurub. “Atletiko” 76 xalla 4-cü, “Atletik” 68 xalla 5-ci, “Real Sosyedad” 60 xalla 6-cı, “Betis” 57 xalla 7-ci, “Vilyarreal” 53 xalla 8-ci, “Osasuna” 45 xalla 10-cu, “Rayo Valyekano” 38 xalla 16-cı, “Kadis” 33 xalla 18-ci pillədə qərarlaşıb. 21 xal toplamış və son iki pillədə qərarlaşmış “Almeriya” və “Qranada” da “Kadis”lə birgə La Liqanı tərk ediblər.

İspaniya, La Liqa
38-ci tur
24 may

Jirona – Qranada 7:0
Qollar: E.Qarsiya, 30. Siqankov, 33; 54. Dovbik, 44-pen; 75; 90-pen. Stuani, 78.

25 may

Osasuna – Vilyarreal 1:1
Qollar: Budimir, 30 – Morales, 57.

Real Sosyedad – Atletiko 0:2
Qollar: Lino, 9. Mandava, 90+3.

Almeriya – Kadis 6:1
Qollar: Melero, 48. Arriba, 51; 86. Zaldua, 57-öz qapısına. L.Suares, 65; 71 – Okampo, 30.

Rayo Valyekano – Atletik 0:1
Qol: N.Uilyams, 67.

Real – Betis 0:0

26 may

16:00. Xetafe – Malyorka
18:15. Selta – Valensiya
18:15. Las Palmas – Alaves
23:00. Sevilya – Barselona

Chosen
157
23
arena.az

10Sources