AZ

La Liqa: 2023/2024 mövsümünə yekun vuruldu

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün sonuncu – 38-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Selta” – “Valensiya” matçında qalib müəyyənləşməyib. “Las Palmas” – “Alaves” matçında da komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Xetafe” evdə “Malyorka”ya uduzub. “Sevilya”nın qonağı olan “Barselona” da mövsümün son matçından qələbə ilə ayrılıb.

Beləliklə, bir neçə tur öncə çempion olmuş “Real” mövsümü 95 xalla zirvədə başa vurub. “Barselona” 85 xalla 2-ci, “Jirona” 81 xalla 3-cü, “Atletiko” 76 xalla 4-cü, “Atletik” 68 xalla 5-ci, “Real Sosyedad” 60 xalla 6-cı, “Betis” 57 xalla 7-ci olub. İlk dörd komanda gələn mövsüm İspaniyanın UEFA Çempionlar Liqasında təmsil edəcək. “Atletik”lə “Real Sosyedad”ı Avropa Liqasınd, “Betis”i isə Konfrans Liqasında mübarizə gözləyir.

21 xal toplamış və son iki pillədə qərarlaşmış “Almeriya” və “Qranada”, həmçinin 33 xalla 18-ci yeri tutmuş “Kadis” La Liqanı tərk ediblər.

İspaniya, La Liqa
38-ci tur
24 may

Jirona – Qranada 7:0
Qollar: E.Qarsiya, 30. Siqankov, 33; 54. Dovbik, 44-pen; 75; 90-pen. Stuani, 78.

25 may

Osasuna – Vilyarreal 1:1
Qollar: Budimir, 30 – Morales, 57.

Real Sosyedad – Atletiko 0:2
Qollar: Lino, 9. Mandava, 90+3.

Almeriya – Kadis 6:1
Qollar: Melero, 48. Arriba, 51; 86. Zaldua, 57-öz qapısına. L.Suares, 65; 71 – Okampo, 30.

Rayo Valyekano – Atletik 0:1
Qol: N.Uilyams, 67.

Real – Betis 0:0

26 may

Xetafe – Malyorka 1:2
Qollar: Q.Alvares, 48 – Muriqi, 90. Maffeo, 90+3.

Selta – Valensiya 2:2
Qollar: Aspas, 49-pen. Duvikas, 62 – K.Dominqes, 5-öz qapısına. Mari, 60-pen.

Las Palmas – Alaves 1:1
Qollar: Kardona, 71 – Visente, 50.

Sevilya – Barselona 1:2
Qollar: En Nesiri, 31 – Levandovski, 15. F.Lopes, 59.

Seçilən
154
23
arena.az

10Mənbələr