İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 46 nəfər artaraq 35 min 903-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının isə 80 min 420-yə yüksəldiyi qeyd edilib. Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.