Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Almaniya vətəndaşlarıTürkiyədə 302 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 133 obyekt azdır.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin aprel ayında Almaniya vətəndaşlarıTürkiyədə 70 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprelayı ilə müqayisədə 3 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə11,8 faiz azdır.
Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü iləmüqayisədə 3,7 faiz azdır.
2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3faiz azdır.
Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 48,4 faiz azdır.