AZ

Yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə 200-ə yaxın daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında ABŞ vətəndaşları Türkiyədə167 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrüilə müqayisədə 70 obyekt azdır.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında ABŞ vətəndaşları Türkiyədə34 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel ayı iləmüqayisədə 14 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə11,8 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü iləmüqayisədə 3,7 faiz azdır.

2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 48,4 faiz azdır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
16
az.trend.az

10Mənbələr