“Simurq Kompani” ASC 2023-cü ili 49 min 760 manata yaxın xalis zərər ilə bağlayıb. Şirkət 2022-ci ili 233 min 483 manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Simurq Kompani”nin xalis zərəri 4,7 dəfə azalıb.
Marja.az xəbər verir ki, “Simurq Kompani”nin əsas əməliyyat gəliri (satış) 2022-ci ildə 1 milyon 311 min manat ikən, 2023-cü ildə 1 milyon 249 min manata düşüb (62 min manat azalıb). Satışın maya dəyəri isə 262 min manat azalaraq 1 milyon 544 min manata geriləyib. Bu geriləmə xalis zərərin də azalmasına səbəb olub.