EN

Daşkəsən məktəbindəki qanunsuzluqlarla bağlı cinayət işi başlandı - RƏSMİ

Daşkəsən rayon Bayan kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Gundem.az-a Daşkəsən rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı qeyd olunan təhsil müəssisəsində 2020-2021 və 2023-2024-cü tədris illərində işə gəlməyən işçilərə və tədris olunmayan dərs saatlarına görə əməkhaqqı ödənilməsi və digər yollarla 20 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.  (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
179
50
gundem.az

10Sources