EN

“Şamaxı” 1-ci Liqanın qalibi oldu

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2023/2024 mövsümünün qalibi müəyyənləşib.



Komanda.az xəbər verir ki, sonuncu – 27-ci turun oyunları çərçivəsində doğma meydanda “Araz Saatlı”nı (3:1) məğlub edən “Şamaxı” I Liqanın çempionu olub.



Səfərdə “Mingəçevir”lə bərabərə qalan (2:2) “Qaradağ Lökbatan” isə mövsümü ikinci pillədə başa vurub.



Qeydə alınan nəticələrin ardından turnir cədvəliində “Şamaxı” 57 xalla lider, “Qaradağ Lökbatan” isə 54 xalla ikinci olub.



Ramiz Məmmədovun komandası 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.



1-ci Liqa27-ci tur22 may



MOİK – “İmişli” 2:1Qollar: Ramil Orucov, 32. Nihad Qurbanlı, 83 – Maqsud Ələkbərov, 39.Binə qəsəbə stadionu.



“Şamaxı” – “Araz Saatlı” 3:1Qollar: Davud Mahmudov, 9-öz qapısına. Bəhruz Teymurov, 57. Emin Zamanov, 90+6-pen – Abdulla Seydəhmədov, 61-öz qapısına.Şamaxı şəhər stadionu.



“Mingəçevir” – “Qaradağ Lökbatan” 2:2Qollar: Elvin Əlizadə, 57. Xəyal Muradov, 90+4 – Xəlil Bəşirov, 11. Mehdi Tahirov, 27. Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.



“İrəvan” – “Karvan” 3:8Qollar: Vüsal Əsgərov, 19-pen. Fərid Kərimzadə, 45; 67 – Peter Kinqs, 9; 78. Emil Qasımov, 24; 40; 48. Ruslan Süleymanov, 28. İsmael Sanoqo, 80; 88.“ASK Arena”.



“Difai Ağsu” – “Zaqatala” 1:1Qollar: Kamil Hüseynov, 87 – İbrahim Qədirzadə, 82-pen.Ağsu şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərŞamaxı Futbol Klubu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
142
3
komanda.az

10Sources