Ermənistanın baş naziri Paşinyan 2 Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkəsini İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana kömək etməkdə ittiham edib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.
“2020-ci ildə müttəfiqlərimiz müharibəyə hazırlıqda bizim tərəfimizdə deyil, qarşı tərəfdə iştirak etdilər. Mən bizə qarşı müharibə hazırlayan ən azı iki KTMT ölkəsini tanıyıram”, - deyə Paşinyan qeyd edib.
O bildirib ki, KTMT üzv dövlətlərin “müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” məqsədi ilə yaradılmış regional beynəlxalq təşkilatdır. Buraya Rusiya Federasiyası, Ermənistan, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan daxildir.
Bizim.Media