EN

Daşınmaz əmlakın icbari sığortası üzrə 48 milyon yığılıb - CƏMİ 707 MİN MANAT ÖDƏNİLİB

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb.

FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 49 milyon 283 min manat təşkil edib.

 Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 833 min manat və ya 4% çoxdur.

2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 46 milyon 430 min manat təşkil edib.

Bu  dövrdə bu növ sığorta ödənişləri 707 min manat təşkil edib ki, bu da illik müqayisədə 102 min manat və ya 17% çoxdur.

Keçən ilin eyni dövründə 605 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
16
fed.az

10Sources