Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Leqal.info xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Sarvan Məhərrəmovun idarə etdiyi "Daewoo" markalı avtobusda 1964-cü il təvəllüdlü Tamella Cəfərova nəqliyyat vasitəsinin ön giriş qapısından təkərin altına düşüb.

Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info