AZ

Bakıda dəhşət: Qadın avtobus təkəri altında qalaraq öldü

Bakıda qadın avtobusdan yıxılaraq ölüb.

Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən “Ayxan” marketin qarşısında baş verib.

Sarvan Məhərrəmovun idarə etdiyi “Daewoo” markalı marşrut avtobusunda olan sərnişin 1964-cü il təvəllüdlü Tamella Nadir qızı Cəfərova nəqliyyat vasitəsi hərəkətdə olarkən açıq qalmış qapıdan yıxılıb. O, avtobusun ön giriş qapısından təkərin altına düşüb və aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
213
5
musavat.com

10Mənbələr