Quba rayonunda altıotaqlı ev yanıb.
Bizim.Media Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qonaqkənd qəsəbəsində ümumi sahəsi 160 kvadratmetr (hər mərtəbəsi 80 kvadratmetr) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media