EN

Sürücülərin nəzərinə:Bakının əsas küçələrindən biri bağlandı

Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Cebhe.info" xəbər verir ki, bu gecə saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Məlumata görə, sürücülərdən qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
230
13
cebheinfo.az

10Sources