Sürücülərin NƏZƏRİNƏ: Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırıldı
Bakının əsas küçələrinin birində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Oxu.Az xəbər verir ki, bu gecə saat 02:00-dan 24 may saat 22:00-dək Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospekti istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.