Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası (UNSMIL) 2023-2024-cü ilin aprel ayları arasında Liviyada partlayıcı sursatla bağlı insidentlər nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, UNSMIL-in sosial media hesabından edilən açıqlamada 2024-cü ilin aprel ayından əvvəl Liviyada mina və partlayıcı sursat nəticəsində həyatını itirən və yaralananlar haqqında məlumat verilib.
Məlumata görə, 2023-2024-cü ilin aprel ayları arasında partlayıcı sursatla bağlı hadisələrdə 26-sı uşaq olmaqla 35 nəfər xəsarət alıb.
UNSMIL-in internet saytında yer alan açıqlamada, son 5 ildə partlayıcı sursatla bağlı insidentlərdə 400-dən çox insanın yaralandığı və ya öldüyü qeyd edilib.
Bununla yanaşı, Liviyada müəyyən edilən təhlükəli ərazilərin təxminən 36 faizinin təmizləndiyi, təxminən 436 milyon kvadratmetr ərazinin isə hələ də təmizlənmədiyi bildirilib.