AZ

Ötən il Liviyada 26-sı uşaq olmaqla 35 nəfər mina nəticəsində xəsarət alıb


Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyası (UNSMIL) 2023-2024-cü ilin aprel ayları arasında Liviyada partlayıcı sursatla bağlı insidentlər nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyünü və ya yaralandığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, UNSMIL-in sosial media hesabından edilən açıqlamada 2024-cü ilin aprel ayından əvvəl Liviyada mina və partlayıcı sursat nəticəsində həyatını itirən və yaralananlar haqqında məlumat verilib.

Məlumata görə, 2023-2024-cü ilin aprel ayları arasında partlayıcı sursatla bağlı hadisələrdə 26-sı uşaq olmaqla 35 nəfər xəsarət alıb.

UNSMIL-in internet saytında yer alan açıqlamada, son 5 ildə partlayıcı sursatla bağlı insidentlərdə 400-dən çox insanın yaralandığı və ya öldüyü qeyd edilib.

Bununla yanaşı, Liviyada müəyyən edilən təhlükəli ərazilərin təxminən 36 faizinin təmizləndiyi, təxminən 436 milyon kvadratmetr ərazinin isə hələ də təmizlənmədiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
operativmedia.az

5Mənbələr