EN

“Ukrayna ilə bağlı konfransın təşkilatçıları cəfəngiyyatla məşğuldurlar” – Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsveçrədə Ukrayna ilə bağlı konfransın təşkilatçıları heç bir perspektivi olmayan cəfəngiyyatla məşğuldurlar.

Yenicag.az “TASS“a istinadən xəbər verir ki, nazir bunu Xarici və Müdafiə Siyasəti Şurasının Assambleyasında deyib.

Onun sözlərinə görə, konfrans iştirakçılarının bunu anlamadığına inanmır.

“Məqsəd sülhə nail olmaq deyil, yalnız mümkün qədər çox ölkəni Rusiyaya qarşı yönəltmək və sonra bizə qarşı olan daha bir neçə maddi addım atmağa çalışmaqdır”, – Lavrov vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
138
50
yenicag.az

10Sources