AZ

Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”

“Rusiya ilə Qərb arasında hərbi-siyasi qarşıdurmanın kəskin mərhələsi davam edir və belə demək mümkünsə, tam sürətlə gedir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında çıxışı zamanı deyib.

“Biz avropalı qonşularımızda anti-Rusiya ritorikası ilə bağlı xüsusi canfəşanlıq görürük. Avropa Rusiya üçün tərəfdaş kimi ən azı bir nəsil üçün aktual olmayacaq. Bunu bu günkü təcrübəmizdə demək olar ki, hər gün yaşayırıq”, - deyə Lavrov qeyd edib.

 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
50
news365.az

10Mənbələr