Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Xorvatiyanın Osiyek şəhərində Slovakiya seçməsi ilə qarşılaşıb.
Qradski tədris və idman zalında reallaşan görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün eyni məkanda Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Mənbə: AZƏRTAC