EN

Messinin ilk imza atdığı salfet bu qiymətə SATILDI

Messinin
Argentinalı ulduz Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 965 min dollar satılıb.

Ulusum.az xəbər verir ki, bu barədə Britaniyanın Bonhams Hərrac Evi məlumat yayıb.

Messi "Barselona" ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında imzalayıb. 36 yaşı futbolçu 2003-2021-ci illərdə isə katalonların əsas komandasında çıxış edib.

O, “Barsa”nın heyətində 10 dəfə İspaniya çempionu olub, 8 dəfə ölkə Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar Liqasını, hər biri 3 dəfə olmaqla UEFA Superkubokunu və Klublararası dünya çempionatını qazanıb.
Chosen
179
5
ulusum.az

10Sources